Çində enerji tutumunun 40%-ni külək və günəş enerjis təmin edəcək.

İndex.az xəbər verir ki, Çin Elektrik Şurasının (CEC) hesabatına görə, Çin bu il şəbəkəyə təxminən 300 gigavatt (GW) günəş və külək enerjisi gücü əlavə edəcək.

Bu, əvvəlki ilin 293 GVt gücündən bir qədər yüksək olacaq.

Beləliklə, Çində ümumi şəbəkəyə qoşulmuş külək və günəş enerjisi istehsal gücünün ilin sonuna kimi 1350 GVt-a yüksələcəyi gözlənilir.