Bir il davam edən missiyadan sonra Günəş enerjisinin peykdən Yerə ötürülməsi üçün həyata keçirilən sınaqlar uğurla başa çatıb.
İndex.az xəbər verir ki, "Kosmik Günəş Enerjisi Nümayişçisi" (SSPD-1) adlanan layihə günəş enerjisinin toplanması və onu yenidən Yerə ötürməsinin kommersiya miqyasında mümkünlüyünü nümayiş etdirmək üçün keçən il yanvarın 3-də işə salınıb.
Mİssiyaya rəhbərlik edən ABŞ-ın "Kaliforniya Texnologiya İnstitutu"nun (Caltech) alimləri bu texnologiyanı sınaqdan keçirmək üçün üç əsas eksperimentin hamısını tamamlayıb.
Bu təcrübələrə origamidən ilham alan yeni günəş paneli strukturu, müxtəlif hüceyrə dizaynları və mikrodalğalı ötürücü daxildir.
"Caltech"dən bildirilib ki, missiyanın müvəffəqiyyətli olarsa, kosmosa əsaslanan günəş enerjisi gələcəyi formalaşdırmağa imkan verəcək.
Əlavə olaraq bu missiya reallığa çevrilməzdən əvvəl daha çox araşdırmaya ehtiyac olduğu qeyd olunub.
