ABŞ-da yerləşən "Kohlberg Kravis Roberts" (KKR) investisiya fondu "PayPal"ın satın alınmasında razılıq əldə edib.

İndex.az xəbər verir ki, ABŞ-da yerləşən KKR investisiya fondu Avropada 40 milyard avroya qədər kredit götürmək üçün onlayn ödəmə sistemi olan "PayPal"ı satın alacaq.

"PayPal" tərəfindən edilən açıqlamada, "PayPal"ın Fransa, Almaniya, İtaliya, İspaniya və İngiltərədəki 40 milyard avroluq "indi al snora ödə" kredit portfelinin satın alınması üçün KKR ilə müqavilə imzalandığı bildirilib.

Satışın bu ilin ikinci yarısında başa çatdırılması gözlənilir.

Açıqlamada o da qeyd edilib ki, satış tamamlandıqdan sonra "PayPal" 2023-cü ildə səhmlərin geri alınması üçün əlavə 1 milyard dollar ayıracaq.

Beləliklə, "PayPal" bu il cəmi 5 milyard dollarlıq səhm alışı etməyi planlaşdırır.

"PayPal"ın bəyanatında həmçinin bildirilir ki, şirkət 2020-ci ildə "indi al sonra ödə" xidmətini işə saldıqdan sonra dünya üzrə 30 milyondan çox müştəriyə 200 milyondan çox kredit verib.