Elektrikli avtomobil çeşidini genişləndirməyə davam edən "Kia" Seulda keçirilən "EV Day" tədbirində yeni konsept avtomobillərini təqdim etdi.

İndex.az xəbər verir ki, "Kia" yeni EV5-in texniki detallarını paylaşıb.

Seulda keçirilən "EV Day" tədbirində təqdim edilən iki konseptdən biri olan "Kia EV4", öndən baxanda siluetdə EV6-ya bənzəyir.

Ancaq təfərrüatlara girdiyimiz zaman EV9 və EV5 modellərində də qarşılaşdığımız yeni işıq tərzinin fərqli bir versiyası ilə qarşılaşırıq.

Aşağı burun və əzələli kapot avtomobilə dinamik və sərt görünüş verir.