ERM risklərinin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi

Son tarix 25 avq 2022 - 

Öhdəliklər:

  • Əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi işində iştirak edilməsi;
  • Əməliyyat riskləri üzrə risk xəritəsini yaradılması və davamlı nəzarəti prosesində iştirak edilməsi;
  • Daxili insidentlər, əməliyyat itkiləri, sistemdə dayanmalar haqqında struktur bölmələrdən məlumatların toplanması və onların səbəblərinin araşdırılması;
  • Əməliyyat risklərinin minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edilməsi;
  • Əsas risk indikatorlarının müəyyənləşdirilməsi və tətbiqində iştirak edilməsi;
  • Dövrülük əsasda müxtəlif fəaliyyət sahələrini monitorinq edilməsi və müvafiq təkliflərin verilməsi;
  • Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə maarifləndirmə işlərində iştirak edilməsi;
  • Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizini həyata keçirilməsi;
  • Bankın filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsində iştirak edilməsi.

Tələblər:

  • İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil;
  • Risk, daxili nəzarət və audit sahələri üzrə ən azı 3-4 il iş təcrübəsi;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti;
  • Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
  • Əla səviyyədə Azərbaycan dili, inglis dili və rus dili biliyi;
  • Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;

Əgər təklifimiz Sizə maraqlıdırsa,  portalımızdan qeydiyyat keçərək və yaxud  email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

 

Kredit Risklərinin İdarə Edilməsi şöbəsinə aparıcı / baş mütəxəssisi

Son tarix 25 avq 2022 - 

Öhdəliklər:

  • Anderraytinq və Kollekşn modellərinin hazırlanması, tətbiqi və təkmilləşdirilməsini həyata keçirmək;
  • Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
  • Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsi;
  • Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlərə ehtiyyatların yaradılması və nəzarət;
  • Kredit əməkdaşlarının mükafatlandırma sisteminin daimi qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
  • Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi;
  • Statistik modellərin  hazırlanması.

Tələblər:

  • İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti;
  • Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
  • Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
  • Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
  • İri həcmli məlumat bazası ilə işləmək və SQL kodlaşdırmanın edilməsi (Əlavə statistik proqram biliyi arzu olunandır R\python\SAS\Tibco və.s);

Əgər təklifimiz Sizə maraqlıdırsa,  portalımızdan qeydiyyat keçərək və yaxud  email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

 

Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin baş mütəxəssisi

Son tarix 25 avq 2022 - 

Öhdəliklər:

  • Əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi işində iştirak edir;
  • Əməliyyat risklərinin minimallaşdırılması və qarşısının alınması ilə bağlı rəy verir və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir;
  • Yaradılan yeni məhsul, xidmət, proseslər, motivasiya sistemləri həmçinin mövcud məhsul,xidmət,proseslər və motivasiya sistemləri üzərində dəyişikliklər üzrə əməliyyat risklərinin müəyyən olunması, Kredit/debit kartı, POS terminal, internett bankçılıq/mobil bankçılıq, E-commerce əməliiyyatları üzrə fraud risklərinin  müəyyən olunması,  minimallaşdırılması və qarşısının alınması ilə bağlı rəy vermək;
  • Bankda yazılan yeni normativ sənədlərə, həmçinin mövcud normativ sənədlərə edilən dəyişikliklər üzrə  əməliyyat risklərinin müəyyən olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı  rəy vermək;

Tələblər:

  • Təhsil: Ali iqtisadi və ya maliyyə təhsili
  • Təcrübə: bank sektorunda ən azı 4 il, Risk, daxili nəzarət,audit , fraud sahələri üzrə ən azı 2 il iş təcrübəsi,
  • Yüksək ünsiyyətqurma qabiliyyəti;
  • Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan, İngilis, (əlavə xarici dil bilikləri alqışlanır)
  • Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
  • Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması

Əgər təklifimiz Sizə maraqlıdırsa,  portalımızdan qeydiyyat keçərək və yaxud  email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.