"JPMorgan" qızılla bağlı yeni proqnozunu açıqlayıb.

İndex.az xəbər verir ki, "JPMorgan"ın proqnozuna görə, qızıla əhəmiyyətli bir investisiya fürsəti yaranacaq və qiymətli metal 2024-cü ilin sonuna qədər rekord səviyyələrə qalxacaq.

Belə ki, "JPMorgan"ın yaydığı məlumata görə qızılın qiyməti ilin sonuna qədər 2000 dolları keçəcək.

Bankın Qlobal Əmtəə Tədqiqatları üzrə İcraçı Direktoru Qreq Şirer vurğulayıb ki, FED gələn ilin ikinci rübündə gözlənilən faiz endirimlərini həyata keçirməyə başladıqda ABŞ-da real gəlirlərin azalması qızılın yüksəlişinə təkan verəcək.