Birja investorlarının ABŞ-a olan inamı "JPMorgan Chase" strateqlərinin narahatlığına səbəb olub.

İndex.az xəbər verir ki, sentyabr ayı zəif keçdiyi və ABŞ səhmlərinin artan real gəlirlərə qarşı mübarizə apardığı üçün səhm investorlarının etibarının həddindən çox yüksəlməsi barədə "JPMorgan" strateqləri xəbərdarlıq edib.

Mislav Matejkanın rəhbərlik etdiyi komanda təqdim etdiyi açıqlamada nəzərəçarpacaq bir arxayınlığın olduğunu, "Dəyişkənlik İndeksi"nin tarixinin ən yaşağı səviyyəsinə düşdüyünü və səhm mövqelərinin orta səviyyədən yuxarı səviyyələrə yüksəldiyini bildirib.