"JPMorgan" "First Republic Bank"ı almağa hazırlaşır.
İndex.az xəbər verir ki, ABŞ-da bank böhranında adı hallanan "First Republic Bank"ın bağlandığı və aktivlərinin "JPMorgan Chase Bank" tərəfindən alınacağı bildirilib.
Bankın 93,5 milyard dollarlıq əmanətlərinin hamısı (sığortasız əmanətlər daxil olmaqla) və aktivlərinin böyük hissəsi "JPMorgan"a satılacaq.
Açıqlamada deyilir ki, "First Republic Bank"ın 13 aprel tarixinə cəmi 229,1 milyard dollar aktivi və 103,9 milyard dollar depoziti var.
