"JPMorgan", Avropa Mərkəzi Bankının sentyabr ayında uçot dərəcələrini daha 25 baza bəndi artıracağı ilə bağlı proqnoz verib.

İndex.az xəbər verir ki, "JPMorgan" analitikləri bildiriblər ki, Avropa Mərkəzi Bankı sentyabr ayında uçot dərəcələrini daha 25 baza bəndi artıracaq və bundan sonra da artımlara davam edəcək.

Beləliklə "JPMorgan" AMB-nin uçot dərəcələri ilə bağlı yekun proqnozunu 3,75%-dən 4%-ə qaldırıb.

AMB "Avrozona"nın borclanma xərclərini son 22 ilin ən yüksək səviyyəsinə çatdığını, yüksək inflyasiyanın növbəti aylarda da davam edəcəyini bildirib.