"Neft İxrac Edən Ölkələr Təşkilatı" (OPEC) iyun ayı üzrə hesabatını açıqlayıb.
İndex.az xəbər verir ki, OPEC-in açıqladığı hesabata görə, neft hasilatı iyun ayında may ayı ilə müqayisədə gündəlik 91 min barel artaraq 28 milyon 190 min barelə çatıb.
OPEC-in aylıq Neft Bazarı Hesabatına əsasən, hasilatın ən böyük artımı İran və İraqda müşahidə olunub.
İranda gündəlik neft hasilatı 56 min barrel artaraq 2 milyon 754 min barelə, İraqda isə 54 min barrel artaraq 4 milyon 181 barelə çatıb.
Qrupun ən böyük istehsalçısı olan Səudiyyə Ərəbistanında neft tədarükü keçən aya nisbətən gündəlik 22 min barel artaraq 9 milyon 998 min barelə çatıb.
İyun ayında OPEC-in xam neft hasilatının artmasına baxmayaraq, onun dünya üzrə ümumi hasilatdakı payı 27,9%ə qədər azalıb.
Qlobal neft hasilatı ötən ay gündəlik 600 min barel artaraq təxminən 101 milyon 200 min barrelə çatıb.
Sözügedən dövrdə OPEC-ə daxil olmayan ölkələrin hasilatı gündəlik 73 milyon barelə, OPEC-in hasilatı isə 28 milyon 190 min barelə yüksəlib.
