Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqı (Aİ) və "Avrozona"nın iyul ayı üzrə "İstehsalçı Qiymətləri İndeksi" (İQİ) məlumatlarını açıqlayıb.
İndex.az xəbər verir ki, "Avrozona"da İQİ iyul ayında aylıq bazda 0,5% illik bazda isə 7,6 faiz azalıb.
Məlumata görə, Aİ-də İQİ iyul ayında əvvəlki ayla müqayisədə 0,6%, 2022-ci ilin iyul ayına görə isə 6,6% azalıb.
Bazar gözləntiləri "Avrozona"da İQİ-nin aylıq 0,6% və illik 7,6% azalacağı idi.
