Smartfonların müqayisə platforması "AnTuTu" iyul ayının ən güclü "Android" telefonlarını açıqlayıb.
İndex.az xəbər verir ki, 1/30 iyul tarixləri arasında "AnTuTu" tərəfindən toplanan statistik məlumatlara görə, cihazlar arasında "Red Magic 8S Pro" (1 633 002 xal) sürprizsiz yenə birinci yeri tutub.
Siyahının ilk dördlüyündə yer alan digər modellər müvafiq olaraq "iQOO 11S" (1 629 470), "Vivo X90 Pro+" (1 611 508) və "iQOO 11 Pro" (1 606 381) olub.
