Sıfır cazibə şəraitində təcrübələr aparmaq üçün İsveçdən buraxılan tədqiqat raketi geri dönərkən kursundan çıxaraq Norveçə çırpılıb.
İndex.az xəbər verir ki, Hadisə iki Skandinaviya ölkəsi arasında gərginliyə səbəb olub.
İsveç Kosmik Agentliyi (SSC) ötən bazar ertəsi ölkənin şimalındakı "Esrange" Kosmik Mərkəzindən tədqiqat raketi buraxıb.
"TEXUS-58" raketi 250 kilometr hündürlükdə sıfır cazibə şəraitində təcrübələr aparmaq üçün istifadə edilib.
Buraxılışın ikinci mərhələsində raketin başlanğıc nöqtəsinə qayıtması gözlənilirdi.
Amma nəsə səhv olub və raket tamamilə başqa yerə, qonşu Norveç ölkəsinə düşüb.
İki Skandinaviya ölkəsi arasında uzun müddətdir sülh və mehriban qonşuluq münasibətləri qurulsa da, hadisə ciddi sensasiyaya səbəb olub.
