Pikap istehsalçısı "Isuzu" Rusiya bazarı üçün son qərarını verib.

İndex.az xəbər verir ki, yapon pikap istehsalçısı "Isuzu"nun Ukraynaya hücumlardan sonra istehsalını davam etdirə bilmədiyi üçün Rusiya bazarından çəkildiyi bildirilir.

"Isuzu" 2022-ci ilin martında Rusiyanın Ukraynaya hücumlarından sonra hissələrin tədarükü problemi səbəbindən dayandırdığı istehsalı yenidən başlada bilmədi.

Bu isə Yaponiya firmasına 2022-ci maliyyə ilini əhatə edən 2022-ci ilin aprel-2023-cü ilin mart dövründə 1,7 milyard yen (12 milyon dollar) məbləğində əlavə maliyyə itkisinə səbəb oldu.