İsrail Silahlı Qüvvələrinin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində ən azı 50 nəfər ölüb, 300-ə yaxın insan yaralanıb.

İndex.az xəbər verir ki, bu barədə "Reuters" Livanın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

İsrail Müdafiə Qüvvələri (IDF) isə Livanda “Hizbullah”ın bir neçə yüz hədəfini vurduğunu bildirib.

"Bu gün 300-dən çox hədəf vurulub”, - IDF-in “X” sosial şəbəkəsindəki paylaşımında qeyd olunub.