İsrail Beyrutda Hizbullah üzvlərinin əlaqə saxlamaq üçün istifadə etdiyi telefon və peycerlərə kiberhücum edib.

İndex.az xəbər verir ki, cib telefonlarının və peycerlərin bomba kimi partladığı hücumda minlərlə insanın yaralandığı bildirilib.

Livanın Səhiyyə Nazirliyi hücumdan sonra yaralananlar üçün qan verməyə çağırıb.

Hizbullahın peycerlərinin partlaması nəticəsində İranın Livandakı səfiri Müctəba Əmaninin də yaralandığı öyrənilib.

İsrailin baş naziri Binyamin Netanyahunun Livandakı partlayışdan az əvvəl Mossad direktoru ilə görüşdüyü iddia edilib.

Livan Hizbullahına yaxın mənbə partlayışa görə İsraili günahlandırıb.