İsrail Bankı ardıcıl ikinci iclasında uçot dərəcəsini dəyişməyərək 4,75% səviyyəsində saxlayıb.

İndex.az xəbər verir ki, bununla da İsrail Bankı ABŞ ilə faiz fərqini saxlayıb.

Ölkənin valyutası olan şekel son 3 ilin ən aşağı səviyyəsində qalaraq inflyasiya riski yaratsa da, bank inflyasiyada gözlənilən yavaşlamanın baş vermədiyi təqdirdə uçot dərəcələrini artıra biləcəyinin siqnalını verib.