Livanın rəsmi xəbər agentliyi NNA-nın xəbərinə görə, ölkənin cənubundakı Xiyam qəsəbəsinə 4 top mərmisi düşüb. Mərcayun düzü ilə Xiyam qəsəbəsi arasındakı dağ evlərindən birinə top mərmisi düşüb.
İndex.az xəbər verir ki, İsrail həmçinin Xiyam qəsəbəsi ətrafında 3 top atəşi açaraq, bir top mərmisi ilə İbl Bulaq, Celahiyye və Marcayun bölgələrini hədəfə alıb. Şəhərdə ağır pulemyot səsləri eşidilib.
Noyabrın 27-də İsrail və Livan arasında atəşkəs razılaşmasının imzalandığı ilk gündən başlayan pozuntular ilk üç gündə 38 dəfə təkrarlanıb. İsrail ordusu ötən gün 24 qanun pozuntusuna yol verib.
Livan və İsrail arasında əldə olunan atəşkəs razılaşması çərşənbə günü, noyabrın 27-də yerli vaxtla saat 04:00-da qüvvəyə minib.
Razılaşmanın ikinci maddəsində deyilirdi: “İsrail Livandakı mülki, hərbi və ya dövlət hədəflərinə qurudan, dənizdən və ya havadan heç bir hərbi hücum həyata keçirməyəcək”.
