Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərdə Beyrut və bəzi bölgələrdəki vətəndaşların telefonlarına İsraildən xəbərdarlıq mesajı gəldiyi ifadə edilib.
İndex.az xəbər verir ki, mesajlarda livanlılara "olduqları yerləri dərhal boşaltmaq" çağırışı edilərkən, bunun İsrailin apardığı psixoloji müharibə çərçivəsində edildiyi vurğulanıb.
Xəbərdə həmçinin informasiya naziri Ziyad əl-Məqarinin kabinetindəki çağrı cihazına “binanın boşaldılması” çağırışının gəldiyi bildirilir.
Məqari açıqlamasında İsrailin qəbul etdiyi psixoloji müharibə çərçivəsində Beyrutda və bəzi bölgələrdə bir çox vətəndaşa İsrail üzərindən telefon mesajları göndərildiyini, onlara "yerinizi boşaldın!" çağırışları edildiyini və bu mesajların təsadüfi olaraq göndərildiyini bildirib.
