Məhşur İsveç markasının işçiləri kütləvi aksiya keçirib.
İndex.az xəbər verir ki, İspaniyada yerləşən dünyaca məşhur İsveç geyim mağazası "H&M"in 4 minə yaxın işçisi maaş artımı tələblərinin yerinə yetirilməməsi səbəbiylə endirim mövsümünün ilk günündə tətilə çıxıb.
24 saat ərzində işdən çıxan H&M işçiləri İspaniyada bu gün bağlı olan 100-dən çox mağazanın qarşısında etiraz aksiyası keçiriblər.
Həmkarlar ittifaqları tərəfindən verilən açıqlamada aylarla davam edən danışıqlarda heç bir nəticə əldə olunmadığı, şirkət rəhbərliyinin işçilərinə uyğun təklif etmədiyi və ikinci tətil gününün isə 26 iyunda olacağı bildirilib.
