İspaniyada qəbiristanlıqlar günəş panelləri ilə elektrik enerjisi istehsal etməyə başlayacaq.

İndex.az xəbər verir ki, Valensiyada şəhərə məxsus üç qəbiristanlıq 7000 günəş paneli ilə doldurulmağa başlayıb.

Əvvəlki administrasiya hakimiyyətdə olarkən ideya ilə çıxış edən şəhərin iqlim şurasının keçmiş üzvü Alexandro Ramon bildirib ki, faktiki olaraq Valensiyada iqlim cəhətdən fövqəladə vəziyyətlə qarşılaşıblar:

"Biz quraqlıq və həddindən artıq istilərlə üzləşirik. Keçid prosesini sürətləndirmək lazımdır, lakin bəzən şəhərlərdə bərpa olunan enerjinin quraşdırılması üçün böyük boş ərazilər tapmaq çətin olur".