"iPhone 16", xüsusilə "iPhone 16 Pro Max" modeli maraqla gözlənilir.

İndex.az xəbər verir ki, yeni "iPhone" seriyasında bir sıra yeniliklərin olacağı bildirilir.

"iPhone 16", "16 Plus", "16 Pro" və "16 Pro Max" seriyanın bütün modellərində güc düyməsinin altında sağ tərəfdə yerləşən yeni düymənin olacağı gözlənilir.

Yalnız Amerikada satılan modellərdə isə həmin düymə telefonun digər tərəfində olacaq.

"Apple"ın "Capture" düyməsi adlandırdığı yeni düymə "iPhone" üfüqi vəziyyətdə tutulduqda foto və video çəkmək üçün istifadə olunacaq.

Çəkmə düyməsi güc və səs düymələri kimi standart mexaniki düymə olacaq, lakin təzyiqə həssas olacaq.

"Apple" 2020-ci ildə buraxdığı "iPhone 12" seriyasından bəri bütün telefonlarında 6,1 düym və 6,7 düym ekran ölçülərindən istifadə edir.

2024-cü ildə buraxılacaq "iPhone 16" seriyası ilə ekran ölçülərinin dəyişiləcəyi gözlənilir.

Belə ki, "iPhone 16 Pro" ekranının 6,3 düym, "iPhone 16 Pro Max" ekranının isə 6,9 düym olacağı bildirilir.

Bununla belə, ölçü dəyişikliyi "16 Pro" və "16 Pro Max" ilə məhdudlaşacaq.

"iPhone 16", 6,1 düym, "iPhone 16 Plus" 6,7 düymlük ekrana sahib olacaq.