"Apple"in "iOS 18"i təqdim edərkən qeyd etmədiyi başqa bir xüsusiyyət ortaya çıxıb.
İndex.az xəbər verir ki, "iOS 18" "iPhone" istifadəçilərinə itirilmiş və zədələnmiş şəkilləri bərpa etməyə kömək edəcək.
"Apple" bildirir ki, yeni funksiya əvvəllər itirilmiş və ya zədələnmiş foto və videoları aşkar edib tapacaq və onları şəkillər proqramında yeni "Bərpa edilmiş" albomda göstərəcək.
Yeni "Rescued" albomu mövcud "Recently Deleted" albomu ilə yanaşı olacaq.
"Apple" bildirir ki, "iOS 18", "iPadOS 18" və "macOS Sequoia"ya yeniləçələrdən sonra cihazınız bərpa edilə bilən foto və videoları avtomatik skan edəcək.
