"Credit Suisse Group"un UBS ilə birləşməsindən kənarda qalan "Credit Suisse"in AT1 istiqrazlarının investorları məhkəməyə müraciət ediblər.
İndex.az xəbər verir ki, İsveçrə bank tənzimləyicisi "Finma"nın bütün AT1 istiqrazlarını silmək qərarı İsveçrədə yüzlərlə investor tərəfindən narazılıqla qarşılanıb və onlar bununla bağlı məhkəməyə müraciət ediblər.
Belə ki, AT1 istiqrazlarının investorları istiqrazların silinməsi halında 1,7 milyard dollar itirəcəklər.
90 institusional investor və aktiv menecer 1,35 milyard dollar, 700 fərdi investor isə 300 milyon dollar kompensasiya tələb edir.
