Dünyanın ən böyük çip istehsalçılarından biri olan ABŞ-ın "Intel" şirkəti Polşada çip fabriki quracaq.

İndex.az xəbər verir ki, çip istehsalçısı "Intel" Avropa İttifaqı (Aİ) sərhədləri daxilində 80 milyard avroluq investisiya planının bir hissəsi olaraq, Varşava yaxınlığında 4,6 milyard avro dəyərində yarımkeçirici montaj və sınaq qurğusunu inkişaf etdirmək üçün fabrik quracağını bildirib.

"İndel"in Polşada quracağı yeni fabriki 2027-ci ildə fəaliyyətə başlayacaq və 2000 nəfəri işlə təmin edəcək.

Zavod tikinti zamanı və təchizat zəncirində bir neçə min iş yeri yaradacaq.

Bəyanatda Polşa hökumətinin sözügedən fabrikə edəcəyi yatırım barədə məlumat verilməyib.

Qeyd eədk ki, şirkət 2021-ci ilin sentyabrında qarşıdakı 10 il ərzində Avropaya 80 milyard avroya qədər sərmayə yatıra biləcəyini bildirmişdi.

Bununla yanaşı "Intel" İrlandiya və Fransa ilə yanaşı Almaniyada da böyük çip fabriki tikməyi planlaşdırır.