ABŞ-ın çip istehsalçısı "Intel", 2023-cü ildə Avropa İttifaqı (Aİ) sərhədləri daxilində 80 milyard avroluq investisiya planının bir hissəsi olaraq Almaniyanın Maqdeburq şəhərində yarımkeçirici istehsal müəssisələrinə 30 milyard avro sərmayə qoyacağını açıqlayıb.

İndex.az xəbər verir ki, yayılan yeni məlumatlara görə, "Intel" Almaniyanın Maqdeburq şəhərində yarımkeçirici istehsal müəssisələrinin tikintisini təxirə salacaq.

Belə ki, "Intel", Almaniya hökuməti ilə Maqdeburqda planlaşdırdığı istehsal müəssisəsi üçün sadəcə 10 milyard avro dəyərində həvəsləndirici niyyət məktubu imzalayıb.

Aİ Komissiyasının bu məsələ ilə bağlı təsdiqi gözlənildiyi halda, fabrikin təməlqoyma mərasimi bu il üçün nəzərdə tutulmuşdu.

Avropa Komissiyası Almaniya hökumətinin təşviq paketini təsdiqlədikdən 4-5 il sonra Almaniyadakı yeni obyektlərin fəaliyyətə başlayacağı gözlənilirdi.