"Instagram", platformaya əlavə olunacaq yeni funksiyalar üzərində işləyir.
İndex.az xəbər verir ki, bunlara “Shot” adlı yeni hekayə formatı daxildir.
Alessandro Paluzzi tərəfindən deşifrə edilən bu xüsusiyyətlərdən ən diqqət çəkəni “Shot” adlı yeni hekayə formatıdır.
"Instagram" bir müddətdir ki, bu funksiyanı sınaqdan keçirir.
Funksiyadan istifadə etmək üçün kameranı açmaq və ekranı aşağıdan sola doğru sürüşdürmək lazımdır.
Görünür, yeni funksiya ən sol tərəfə əlavə edilib.
Hələlik "Shot" funksiyasının tam olaraq nə etdiyi və funksiyanın nə vaxt istifadəyə veriləcəyi barədə məlumat yoxdur.
Yeni funksiyalardan biri də “Flipside” funksiyasıdır ki, bu da tək hesab daxilində ikinci hesaba sahib olmağa imkan verən xüsusiyyətdir.
Əlavə olaraq proqramda tezliklə "Pop-rejim" adlı yeni kamera aləti olacaq.
Bu funksiya "Instagram"a “Yarat”, “Bumeranq”, “Əllər Sərbəst” və “İkili Kamera” kimi alətlərlə əlavə olunacaq. "Pop-rejim" adlı yeni funksiyanın nə edəcəyi hələlik bəlli deyil.
"Instagram" həmçinin DM-lərdə faylların göndərilməsi funksiyası üzərində işləyir.
Lakin bu funksiya yalnız biznes hesabları üçün əlçatan olacaq.
Belə ki, yeni funksiya sayəsində "Instagram"da satış edən profillər üçün məhsulun spesifikasiyası kimi sənədləri istifadəçilərə göndərmək daha da asanlaşacaq.
