Sosial media populyarlaşdıqca istifadəçi yaşı azalır və bununla da bəzi təhlükəsizlik problemləri yarana bilər.
İndex.az xəbər verir ki, "Instagram" həmçinin bu təhlükəsizlik problemlərini minimuma endirmək üçün 18 yaşdan kiçik istifadəçilərə yeni məhdudiyyətlər tətbiq ediləcəyini açıqlayıb.
“Gənclik hesabları” adlı tətbiq sayəsində azyaşlı istifadəçilərin məzmuna girişi və istifadəçilərlə qarşılıqlı əlaqəsi məhdudlaşdırılacaq.
Bu tətbiqə uyğun olaraq, gənc istifadəçilər yalnız izlədikləri insanlara mesaj göndərə biləcək, "Reels" və "Explore" tərəfindəki məzmun filtrlənəcək və həssas məzmun bu yaş qrupundakı istifadəçilər üçün daha az görünəcək.
"Instagram" həmçinin 18 yaşdan kiçik istifadəçilər üçün vaxt xəbərdarlığı edəcək. Bundan əlavə, proqramdan 60 dəqiqədən çox istifadə etdikdən sonra proqramdan çıxmaq barədə bildiriş göndəriləcək və saat 22:00-7:00 arasında yuxu rejimi aktivləşdiriləcək, bildirişlər susdurulacaq və DM-lərə avtomatik cavablar göndəriləcək.
