Beynəlxalq kredit reytinq agentliyi "Fitch Ratings", inkişaf etməkdə olan iqtisadiyyatlar arasında uçot dərəcələrində fərqliliyin müşahidə olunmağa başladığını bildirdi.

İndex.az xəbər verir ki, kredit reytinq agentliyinin verdiyi açıqlamada, inkişaf etməkdə olan iqtisadiyyatların əksəriyyətinin siyasət faizlərini sabit saxladığı, bəzilərinin isə uçot dərəcələrini aşağı saldığı bildirilib.

Açıqlamada, inkişaf etmiş iqtisadiyyatların mərkəzi banklarının qeyd olunan dövrdə əsas inflyasiyanı qalıcı olaraq azaltmaq üçün siyasət faizlərini artırmağa davam etdiyi vurğulanıb.

Reytinq agentliyinin açıqlamasında hazırda Cənubi Koreya, İndoneziya, Meksika, Cənubi Afrika, Hindistan və Polşada uçot dərəcələrinin sabit saxlanıldığı, Braziliya və Çilidə isə aşağı salındığı bildirilib.