Böyük Britaniyanın Milli Statistika İdarəsi İngiltərədə ev qiymətləri ilə bağlı yeni məlumatları paylaşıb.

İndex.az xəbər verir ki, Böyük Britaniyanın Milli Statistika İdarəsinin məlumatına görə, aprel ayında Böyük Britaniyada ev qiymətləri ötən illə müqayisədə 3,5% artıb.

Beləliklə, orta ev qiymətləri aprel ayında illik müqayisədə 3,5% artaraq 286 min funt sterlinq olub.

Qiymətlər keçən ilin eyni dövrü ilə müqayisədə 9.000 funt sterlinq yüksəlib.