İngiltərə Mərkəzi Bankı (BoE) uçot dərəcələrini sabit saxlamaq qərarına gəlib.
İndex.az xəbər verir ki, BoE siyasət faizini bazar gözləntilərinə uyğun olaraq son 15 ilin ən yüksək səviyyəsi olan 5,25% səviyyəsində sabit saxlayıb.
Pul Siyasəti Komitəsi son üç iclasında siyasət faizini bu səviyyədə saxlamaq qərarı alıb.
İqtisadçıların gözləntiləri uçot dərəcəsinin bu səviyyədə sabit qalması idi.
