Böyük Britaniyada istehsal fəaliyyəti avqust ayında ən aşağı səviyyəyə düşüb.

İndex.az xəbər verir ki, "S&P Global/CIPS" tərəfindən edilən açıqlamada, ölkədə istehsal sənayesi "Satınalma Menecerləri İndeksi" (PMI) məlumatlarının bu ilin avqust ayında 43-ə endiyi bildirilib.

İstehsal sənayesi PMI-nin 42,5 olacağı gözlənilirdi.

İyulda ölkədə istehsal sənayesi PMI 45,3 idi.

PMI məlumatlarında 50-dən yuxarı sektor artımını, aşağıda isə sektorun zəifləməsini göstərir.