İlon Maskın sahibi olduğu "SpaceX"in "Starlink" peyk internet xidməti artıq 2 milyon abunəçiyə çatıb.

İndex.az xəbər verir ki, İlon Mask peyk internet provayderinin 2 milyon abunəçi sayını ötməsinin şərəfinə 599 dollar dəyərində olan standart avadanlıq dəstinə 50% endirim edib.

Hazırda yalnız Avstraliyada mövcud olan bu endirim təmir edilmiş, yəni əvvəllər istifadə edilmiş avadanlıqlar üçün keçərlidir.

Şirkət yenilənmiş avadanlıqların tam təmizləndiyini və yoxlanıldığını bildirir.