İlon Maskın beyin çipi şirkəti "Neuralink", ilk insan sınaqlarını həyata keçirmək üçün müstəqil araşdırma şurasından icazə alaraq xəstələri işə götürməyə başlayıb.
İndex.az xəbər verir ki, "Neuralink" tərəfindən edilən açıqlamada, "Neuralink"in müstəqil araşdırma şurasından təsdiq aldıqdan sonra klinik sınaqlarda iflic olan insanlar üçün beyin implantını sınaqdan keçirmək məqsədi ilə xəstələr axtardığı bildirilib.
İmplant onurğa beyninin zədələnməsi nəticəsində iflic olan xəstələrdə sınaqdan keçiriləcək.
"Neuralink" təxminən 6 il davam edəcək araşdırmanın harada keçiriləcəyini və neçə iştirakçının iştirak edəcəyini açıqlamayıb.
