X-a qarşı ticarət nişanı qaydalarının pozulması ilə bağlı iddia qaldırılıb.

İndex.az xəbər verir ki, "Twitter" adını X adı ilə dəyişməsindən sonra İlon Maska qarşı yeni iddialar gəlməyə başlayıb.

İlk iddia Floridada yerləşən bir şirkətdəndir.

Platforma reklam, sosial media xidmətləri, məlumatların təhlili və bazar araşdırması kimi bir çox funksiyaları özündə birləşdirdiyi üçün X adını almışdı.

Bununla belə, bir çox marka bu adla qeydiyyatdan keçib.

Floridada yerləşən "X Sosial Media" şirkəti, markasının icazəsiz istifadə edildiyini əsas gətirərək məhkəməyə müraciət edib.

İddiaya görə "X Sosial Media" şirkəti avqust ayında şirkətə xəbərdarlıq etsə də, İlon Mask bunu nəzərə almayıb.