Hindistanın baş naziri Narendra Modi ilə görüşdən sonra İlon Mask bir sıra açıqlamalar verib.

İndex.az xəbər verir ki, ABŞ-lı iş adamı İlon Mask bildirib ki, "Twitter" yerli hökumətlərin qanunlarına əməl etməsə, platformaya giriş məhdudlaşdırıla bilər.

NDTV-nin məlumatına görə, görüşdən sonra jurnalistlərə açıqlama verən Mask, Hindistanın perspektivli gələcəyinin olduğunu, "Tesla"nın ən qısa zamanda Hindistanda olacağını, lakin doğru zamanı gözlədiyini bildirib.

Mask Hindistan bazarı ilə maraqlandığını və ölkənin gələcəyi ilə bağlı həyəcanlı olduğunu qeyd edib.