"Tesla"nın baş direktoru İlon Mask Hindistana sərmayə qoymaq istədiyini bildirib.

İndex.az xəbər verir ki, İlon Mask ABŞ-a səfər edən Hindistan baş naziri Narendra Modi ilə görüşündə bildirib ki, Hindistanda inkişafı dəstəkləmək üçün "Tesla" Hindistana əhəmiyyətli sərmayə qoymağı planlaşdırır.

Mask görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, "Tesla"nın Hindistanda filialı ən qısa zamanda açılacaq:

"Məncə, bu, Hindistanla qarşılıqlı əlaqələri yaxşılaşdırmaq üçün əhəmiyyətli bir sərmayə ola bilər. Baş nazirə dəstəyinə görə təşəkkür etmək istəyirəm və ümid edirəm ki, qısa zaman ərzində həyata keçirəcəyimiz yenilikləri elan edə bilərik".