Türk Hava Yollarının Bodrum-İstanbul reysi ilə uçan TK2521 reysinin sərnişinlərindən İbrahim Tatlısəsin qızı, müğənni Dilan Çıtak Tatlısəs kabin heyətinə hücum edib.

İndex.az xəbər verir ki, mübahisə zamanı stüardessanı döydüyü iddia edilən Dilan Çıtak Tatlısəs üçün polis təyyarəyə gəlib.

THY-nin təyyarəsi İstanbul hava limanına endikdən sonra təyyarəyə gələn polis Dilan Çıtak Tatlısəsi saxlayıb və polisə aparıb.

Kabin heyəti üzvünün vəziyyətinin yaxşı olduğu öyrənilib.

Hadisə ilə bağlı istintaq davam edir.