IBM (Beynəlxalq Biznes Maşınları) aprel-iyun dövrü üçün büdcə hesabatını açıqlayıb.

İndex.az xəbər verir ki, ABŞ-ın texnologiya şirkəti IBM-in gəliri bu ilin ikinci rübündə 0,4% azalaraq 15,48 milyard dollar olub.

IBM 2022-ci ilin ikinci rübündə 15,54 milyard dollar gəlir əldə edib.

Şirkətin xalis mənfəəti isə ilin ikinci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 1,6 milyard dollara çatıb.

IBM-in xalis mənfəəti ötən ilin ikinci rübündə 1,4 milyard dollar olaraq hesablanıb.

Keçən ilin ikinci rübündə 1,53 dollar olan səhm üzrə mənfəət bu ilin ikinci rübündə 1,72 dollar olaraq qeydə alınıb.