"HarmonyOS" əməliyyat sisteminə investisiya qoymağa davam edən "Huawei", tezliklə "Windows"a rəqib ola bilər.

İndex.az xəbər verir ki, "Huawei", "HarmonyOS" əməliyyat sisteminin PC-yə gələcəyini təsdiqlədi.

Belə ki, "Weibo"da istifadəçilərin suallarını cavablandıran "Huawei BG Proqram Departamenti"nin keçmiş rəhbəri Vang Çenqlu "HarmonyOS"un çox yaxında kompüterlər üçün əlçatan olacağını təsdiqləyib.

Digər tərəfdən, "HarmonyOS"un lazımi dəstəyi alarsa, "Windows 12" ilə rəqabət apardığını görə bilərik.