"Huawei" "Nova 11" seriyasının yeni üzvünü Cənubi Afrika bazarında təqdim edib.
İndex.az xəbər verir ki, "Huawei" keçən ay Çində "Nova 11" telefonlarını (Nova 11, Nova 11 Pro və Nova 11 Ultra) təqdim etmişdi.
5G əvəzinə 4G LTE bağlantısını dəstəkləyən "Huawei" "Nova 11" telefonunu 90Hz displey, "Snapdragon 680" prosessoru, 48MP qoşa kamera ilə təhciz edib.
"Nova 11" 6,8 düymlük, FHD+ təsvir ölçülü, 90 Hz yeniləmə tezliyi olan LCD displeyə malikdir.
"Snapdragon 680" prosessorlu telefon 8 GB RAM, 128 GB yaddaş (microSD kartı ilə artırıla bilər) ilə istifadəyə veriləcək.
