Çin texnologiya nəhəngi “Huawei”, dünyanın ən ucqar yerlərində yaşayan 90 milyon insanı mobil rabitə və internet infrastrukturu ilə təmin etdiyini ictimaiyyətə açıqlayıb.

İndex.az xəbər verir ki, ötən il Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Partner2Connect” proqramında iştirakını elan edəndən bəri “Huawei”, hər il stabil olaraq dünyanın ucqar yerlərində yaşayan 30 milyon insanı internet infrastrukuru ilə təmin edib.

Şirkət, proqram çərçivəsində 2025-ci ilə qədər 80 ölkədə kənd və ucqar ərazilərdə kommunikasiya infrastrukturu olmayan 120 milyon insanın internetlə təmin etməyi öhdəsinə götürməklə yanaşı, artıq bu hədəfin 75%-nə çatdığını bildirib.

Forumun açılışındakı çıxışında “Huawei” sədri Lianq Hua vurğulayıb ki, “Huawei” 30 ildən artıqdır ki, informasiya-kommunikasiya texnologiyalarının sərhədlərini genişləndirmək və qlobal səviyyədə yaymaq üçün çalışır.