"Honor"un CEO-su "iOS"dan daha yaxşı bir sistem hazırlamağı planlaşdırdıqlarını söyləyib.

İndex.az xəbər verir ki, Zhao Ming-in sözlərinə görə, istifadəçilər yalnız "iOS" üçün zəif aparatlı və köhnə dizaynı olan "iPhone"lara üstünlük verirlər.

Ming onu da əlavə edib ki, "iPhone"lar bir çox "Android" cihazlarından fərqli olaraq uzun batareya ömrünü təmin etmir.

İstifadəçilərin "Apple"ı əsasən "iOS" əməliyyat sistemi və onun təmin etdiyi ekosistemə görə seçdiklərini ifadə edən Zhao Ming, "MagicOS"u "iOS"dan daha yaxşı inkişaf etdirməyi hədəflədiklərini bildirib.