"Honda" yeni elektrikli idman avtomobili olan "Prelude" modelini təqdim etdi.
İndex.az xəbər verir ki, iki qapılı kupe üslubu və yuvarlaq cizgiləri ilə olduqca dinamik görünüşə malik olan elektrikli "Honda"nın yeni "Prelude" modeli yaxın zamanlarda satışa çıxacaq.
Yeni "Prelude" konseptinə ön tərəfdən baxdıqda görürük ki, nazik LED fənərlər çıxıntılı burun boyunca uzanan LED zolağı ilə birləşdirilib.
Bamperin aşağı hissəsində çox böyük və sadə mərkəzi hava girişi var.
Yan tərəfdə arxaya doğru yüksələn çiyin xətti, gizli qapı tutacaqları və çoxmilli dizaynda olan qara təkərlər ilə avtomobil dinamik bir görüntü alır.
Arxada ucdan uca uzanan LED arxa fənərlər, qara spoyler və parlaq qara diffuzor diqqəti cəlb edir.
