Hindistan və Yaponiya çip tədarük zəncirini gücləndirmək üçün anlaşma memorandumu imzalayıb.

İndex.az xəbər verir ki, Hindistanın "The Economic Times" xəbər agentliyinə görə, tərəflər Hindistanın paytaxtı Yeni Dehlidə Hindistanın Elektronika və İnformasiya Texnologiyaları Naziri Aşvini Vaişnav və Yaponiyanın İqtisadiyyat və Ticarət Naziri Yasutoşi Nişimura tərəfindən imzalanmış anlaşma memorandumu ilə dizayn, istehsal, avadanlıq araşdırması və təchizat zəncirini gücləndirmək barədə razılığa gəliblər.

Görüşdən sonra təşkil edilən mətbuat konfransında danışan Vaişnav, hər kəsin çevik bir çip tədarük zəncirini istədiyini, Hindistan və Yaponiyanın bu mövzuda iki çox əhəmiyyətli tərəfdaş olduğunu ifadə edib.

Çip sənayesinin 650 milyon dollardan 1 trilyon dollara qədər bir sənayeyə çevriləcəyini qeyd edən Vaişnav, bunun dünyanın bir çox yerində əhəmiyyətli artıma işarə etdiyini və iki ölkənin bu mövzuda öncül ola biləcəyini söylədi.