Hindistan ölkədə qeydiyyatdan keçməyən kriptovalyuta birjalarına qarşı yeni tədbir görüb.
İndex.az xəbər veir ki, "Bloomberg"in yaydığı məlumata görə, Hindistan səlahiyyətliləri "Apple"dan "Binance" də daxil olmaqla xarici kriptovalyuta birjalarının tətbiqlərini "App Store"dan silməyi tələb edib.
Bu tələbdən sonra "Binance", "Bitfinex", HTX və "Kucoin" kimi əsas kriptovalyutalar da daxil olmaqla 8 kripto tətbiqi Hindistandakı "App Store"dan silinib.
Keçən ay Hindistan Maliyyə Nazirliyinin Maliyyə Kəşfiyyat İdarəsi ölkədə çirkli pulların yuyulması qanunlarını pozaraq fəaliyyət göstərdiyi üçün "Binance" ilə birlikdə 9 xaricdəki kriptovalyuta birjasına bildiriş göndərib.
Qanunvericilərin son addımı bu bildirişin ardınca atıb.
Maliyyə Nazirliyi həmçinin bu kriptovalyuta birjalarının internet saytlarına girişin qadağan edilməsini istəyib.
