Dünya üzrə aparılan təhlillər göstərir ki, uşaqların görmə qabiliyyəti getdikcə pisləşir və hazırda hər üç uşaqdan biri miyopikdir, yəni onlar uzaq obyektləri aydın görə bilmirlər.

İndex.az xəbər verir ki, tədqiqatçılar deyirlər ki, COVİD karantinləri görmə qabiliyyətinə mənfi təsir göstəriB, çünki uşaqların ekran qarşısında daha çox, açıq havada isə daha az vaxt keçirməsinə səbəb olub.

Tədqiqat xəbərdarlıq edir ki, miyopiya artan qlobal sağlamlıq problemidir və 2050-ci ilə qədər milyonlarla uşağa təsir göstərəcək.

Uşaqlar arasında miyopiya ən çox Asiyada rast gəlinir. Yaponiyada uşaqların 85 faizi, Cənubi Koreyada uşaqların 73 faizi, Çin və Rusiyada isə 40 faizdən çoxu miyopikdir.

Paraqvay və Uqandada miyopi ən aşağı səviyyə 1 faizlə, Böyük Britaniya və ABŞ-da isə 15 faiz ətrafındadır.

Uşaqların miyopiya çevrilmə ehtimalını azaltmaq üçün göz mütəxəssisləri aşağıdakı tövsiyələri verir:

Xüsusilə 7-9 yaşları arasında hər gün ən az iki saat açıq havada qalmalıdırlar;

Uşaqlar daha erkən yaşda göz müayinəsinə aparılsa belə, xüsusilə 7-10 yaşları arasında göz müayinəsinə aparılmalıdır;

Valideynlər də uşaqlarını diqqətlə izləməlidirlər: Miyopiya ailələrdə olur, əgər siz miyopisinizsə, uşaqlarınızın da miyopi olma ehtimalı üç dəfə çoxdur.