Bu ilin yanvar-aprel aylarında Azərbaycan vətəndaşları Türkiyədə 262 mənzil alıblar.
İndex.az bu barədə Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə olaraq 39 mənzil və ya 17,5 % çoxdur.
Təkcə aprel ayında isə Azərbaycan vətəndaşları Türkiyədə 59 mənzil alıblar ki, bu da 2024-cü ilin aprel ayı ilə müqayisədə olaraq 5 mənzil və ya 9,2 % çoxdur.
Aprel ayında Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda 6-cı yerdə qərarlaşıb. Ümumilikdə, bu ilin yanvar-aprel aylarında Türkiyədə xarici vətəndaşlara 6 049 mənzil satılıb. Bu, 2024-cü eyni ayları ilə müqayisədə 964 mənzil və ya 13,7 % azdır.
Təkcə apreldə isə xaricilər Türkiyədə 1 446 mənzil alıblar ki, bu da 2024-cü ilin aprel ayı ilə müqayisədə olaraq 162 mənzil və ya 12,6 % çoxdur.
Hesabat dövründə Türkiyədə ən çox mənzil alanlar yenə də Rusiya vətəndaşları olub. Onlara ötən 4 ay ərzində 1 055 mənzil satılıb. Bu, ötən ilin ilk 4 ayı ilə müqayisədə 599 ədəd və ya 36,2 % azdır.
Təkcə apreldə isə rusiyalılar Türkiyədə 276 mənzil alıblar ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 17 ədəd və ya 5,8 % azdır. Növbəti yeri İran vətəndaşları tutublar. İranlılara yanvar-aprel aylarında bu ölkədə 576 mənzil satılıb ki, bu da illik müqayisədə 131 ədəd və ya 18,5 % azdır.
Aprel ayında iranlılara 128 mənzil satılıb ki, bu da ötən ilin aprel ayı ilə müqayisədə 11 mənzil və ya 9,4 % çoxdur.
İlk 3-lüyü isə Ukrayna qapadır. Yanvar-aprel aylarında Ukrayna vətəndaşları Türkiyədə 424 mənzil sahib olublar. Bu da 2024-cü ilin 4 ayı ilə müqayisədə 28 mənzil və ya 6,2 % azdır.
Aprel ayında isə ukraynalılar Türkiyədə 120 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 29 mənzil və ya 31,9 % çoxdur.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycan vətəndaşları Türkiyədə 866 mənzil alıblar.
