Kibertəhlükəsizlik mütəxəssisləri köhnəlmiş Internet Explorer brauzerindəki boşluqdan istifadə edən "Windows 10" və "Windows 11" əməliyyat sistemləri ilə işləyən kompüterlərə qarşı yeni hücum sxemi aşkar ediblər.
İndex.az xəbər verir ki, hakerlər "Windows 10" və "Windows 11" kompüterlərində zərərli proqram quraşdırmaq üçün "Internet Explorer"də yaranmış səhvdən istifadə edirlər.
Belə ki, hakerlərin qurduğu yeni sistem sayəsində göndərilən fayl istifadəçi tərəfindən açılarsa, zərərli proqram dərhal onun kompüterinə endirilir.
