"Baseus" günəş enerjisi ilə çalışan yeni "CM10 Bluetooth" qulaqlıq modelini təqdim edib.

İndex.az xəbər verir ki, "Baseus"un "CM10 Bluetooth" qulaqlıq modelini uzun müddətli istifadə üçün etmək inkişaf etdirib.

Tək şarjla 5 saata qədər istifadə oluna bilən qulaqlığın qutusu qulaqlığı 45 saat şarjla təmin edir.

Qutunun özəlliyi ondan ibarətdir ki, onu günəş enerjisi ilə doldurmaq mümkündür.

"Bluetooth 5.3" vasitəsilə eyni anda müxtəlif cihazlara qoşula bilən qulaqlıq, ikili mikrofonla da fon səs-küyünü azaldır.

Xüsusi sensoru ilə istifadəçi avtomobilin içində oturub qapını bağlayan zaman qulaqlıq vibrasiyanı hiss edir və avtomatik olaraq yenidən qoşulur.